Bakıda cip sürücüsü "Hyundai"yı vurub dərəyə saldı, özü aradan çıxdı - VİDEO

28 Mart 2017 11:04

Bu gün səhər saatlarında Maştağa-Zabrat şosesində yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, naməlum maşın 90-LR-191 dövlət nömrə nişanlı "Hyundai Accent" markalı avtomobili arxadan vurub. 

Nəticədə "Hyundai Accent" markalı nəqliyyat vasitəsi yol kənarındakı dərəyə yuvarlanıb.
Şahidlərin sözlərinə görə, "Hyundai" üzü Zabrat istiqamətində hərəkət edərkən yol ayrıcından sürətlə çıxan ağ rəngli krossover onu vurub.

Qəza törədən maşının sürücüsü hadisə yerindən qaçıb.
"Hyundai"ın sürücüsü ciddi xəsarət almasa da, şok vəziyyətinə düşüb, avtomobilə ciddi ziyan dəyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Maştağa-Zabrat şosesində yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində