Kamran Ağayev "Boavista"dan ayrıldı

27 Mart 2017 16:04

Milli komandamızın qapıçısı Kamran Ağayev Portuqaliyanın "Boavista" klubundan ayrılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu haqda yığmamızın baş məşqçisi Robert Prosineçki açıqlamasında deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə görüşdən (1:4) sonra xorvat mütəxəssis iyunda Şimali İrlandiyaya qarşı keçiriləcək vacib oyun öncəsi Ağayevin klubsuz qalmasının onu narahat etdiyini bildirib. 

Milli.Az