Çində elektrik stansiyası çökdü: 9 ölü

25 Mart 2017 14:36

Çinin cənubunda, Quançjou şəhəri yaxınlığında istilik elektrik stansiyası çöküb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 9 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Dağıntılar altında qalanların dəqiq sayı məlum deyil.

Qeyd edək ki, ötən ilin noyabr ayında Çinin Çzyansi əyalətində elektrik stansiyasının soyutma qülləsinin çökməsi nəticəsində 74 nəfər ölmüşdü.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində