Rafael Ağayev ata oldu

23 Mart 2017 13:59

Dünya karatesinin "Brilyant oğlanı" Rafael Ağayev ata olub. 

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Rafael Ağayevin oğlu dünyaya gəlib. 

Qeyd edək ki, Rafael Ağayev ötən il ailə həyatı qurub. 
  
Karatenin "Brilyant oğlanı" karyerası ərzində 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz, həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində