Şvaynştaygerin yeni klubu müəyyənləşdi

22 Mart 2017 10:47

"Mançester Yunayted" klubunun futbolçusu Bastian Şvaynştayger MLS-də çıxış edən "Çikaqo Fayrs" komandasına keçib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın rəsmi saytı almaniyalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilənin bağlanılacağını yazıb. 32 yaşlı oyunçunun illik əmək haqqı 4,5 milyon dollar təşkil edəcək.

Qeyd edək ki, Bastian Şvaynştayger bu mövsüm İngiltərə Premyer Liqasında heç bir oyuna çıxmayıb. Avropa Liqasında isə o, bir görüşdə forma geyinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində