"Sevdiyim şəxsin mənə yenidən aşiq olması üçün dua etmək olarmı?"

21 Mart 2017 15:20

Əvvəlcə qeyd edək ki, sevgi yalnız evlənmək niyyəti ilə olmalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bir-birini sevən cütlük üçün evlənməkdən (nigahdan) daha münasib, üstün (bir şey) olmayıb (yoxdur)". (İbn Məcəh, 1847).

Milli.Az zikr.az-a istinadən bildirir ki, evlənmək niyyəti ilə olmayan sevgi isə insanı dünyada rüsvaycılığa, axirətdə isə əzaba aparır. Həmçinin sevənlər bir-birinə qovuşmadığı üçün bu, iztiraba və qəlb xəstəliyinə çevrilir. Ona görə də belə sevgidən tövbə edərək uzaqlaşmaq lazımdır. Həmçinin bilməlisiniz ki, Uca Allah heç kimdən üz döndərmir. Duaların qəbul olması üçün namaz qılmaq, günahlardan qorunmaq və tələsməmək lazımdır.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində