Məşhur türk yazar vəfat etdi - FOTO

21 Mart 2017 14:11

Türkiyənin ən məşhur media nümayəndələrindən biri olan Tayfun Talipoğlu vəfat edib.

Milli.Az big.az-a istinadən bildirir ki, "Anadolu insanının səsi" kimi tanınan yazar 55 yaşında dünyasını dəyişib.

Talipoğlunun bu gecə saat 01.00-də evində birdən-birə vəziyyəti pisləşib və yerə yıxılıb. Evdə olan dostu təcili yardım çağırıb və onu xəstəxanaya aparıblar. Lakin həyatını xilas etmək mümkün olmayıb.

Tayfun Talipoğlunun oğlu Candaş Talipoğlu bildirib ki, atası 3-cü dəfə infarkt keçirib.

Məşhur yazar "Milliyət" qəzetində, ATV və NTV telekanallarında çalışıb. Eyni zamanda "Takvim", "Yeni Yüzyıl", "Cumhuriyet" qəzetlərinin köşə yazarı idi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində