Bəzi rayonlara qar yağıb - FOTO

21 Mart 2017 13:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 21-dən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçməyə başlayıb. Belə ki, bəzi dağlıq ərazilərdə qar yağıb. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı düşüb.
Milli.Az modern.az-a istinadən bildirir ki, ötən axşamdan Lerik, Quba, Daşkəsən və daha bir sıra rayonlarının dağlıq və dağətəyi kəndlərinə qar yağıb.

Bəzi sosial şəbəkə istifadəçiləri adları çəkilən rayonlarda yağan qarın şəklini çəkərək, paylaşıblar...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində qeyri-sabit hava şəraitinin martın 25-dək davam edəcəyini proqnozlaşdırıb...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində