Güclü külək Ağstafanı vurdu - FOTO

21 Mart 2017 13:21

Ötən axşam Ağstafa rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib.

Milli.Az "Report"a istinadən bildirir ki,təbiət hadisəsi sakinlərə ziyan vurub.
Belə ki, külək nəticəsində iri ağaclardan qırılan budaqlar rayon mərkəzindəki marketin dam örtüyünün üstünə düşüb. Nəticədə dam örtüyü yarasız hala düşüb.
Külək habelə rayonun Qırlı kəndində də sakinlərdən birinə ziyan vurub. Belə ki, kənd sakininin evinin yardımçı hissəsinin dam örtüyü tamamilə uçub. Nəticədə ev sahibinə xeyli ziyan dəyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində