Tualet kağızı adamı tanıyandan sonra verir - FOTO

21 Mart 2017 11:26

Çinin paytaxtı Pekinin parklarından birindəki tualetlərdə istifadəçini üzündən tanıyan kağız aparatı yerləşdirilib.

Cənnət Məbədi parkındakı tualetlərdə quraşdırılmış kağızburaxan cihaz, kağızı qonağı tanıyandan sonra verir.

Belə bir cihazın quraşdırılmasına səbəb, qədərindən çox kağız istifadəsinin qarşısını almaqdaır.

Xəbər verilir ki, turistlərin daha çox olduğu bu parkda adamların tualet kağızlarını özləri ilə evə aparmaları əvvəllər tez-tez müşahidə olunub.

Bu məsələ o qədər ciddiləşib ki, hətta bir arada çinlilərin ləyaqətliliyinə dair debatlara səbəb olub.

Debatlar öz yerində, lakin sözü gedən parkın müdiriyyəti məsələni qonaqların vicdanına buraxmaqdansa parkdakı tualetlərdə 6 "ağıllı kağızburaxan" quraşdırıb.

Normal kişi və qadın boyu yüksəkliyində quraşdırılmış aparatlar adama 60-70 santimetr uzunluğunda kağız buraxır.

Maşınların üzərindəki yazı istifadəçilərdən başlarından papaqlarını və gözılərindən eynəklərini götürməyi xahiş edir.Maşınların üzərindəki yazı istifadəçilərdən başlarından papaqlarını və gözılərindən eynəklərini götürməyi xahiş edir.

Maşınlar üz cizgilərini tanıyandan sonra eyni adama bundan artıq kağız vermir.

Parkın sözçüsü müxbirlərə deyib ki, birdən kiminsə qarnı işləsə və ona daha çox kağız lazım olsa, parkın işçiləri lazım olan kağızı təcili olaraq əlbəəl çatdırırlar.

Müdiriyyət bildirir ki, yeni maşınlar problemi həll edə biliblər. İndi əvvəllər işlənən kağızın yalnız 20 faizi lazım olur.

Lakin burada bəzi problemlərin baş verdiyi də söylənir. Əslində adamların üzünü 3 saniyə ərzində tanımalı olan maşınlar bəzən 30 saniyəyədək "düşünməli" olurlar. Ayaqyolu işi çox təcili olanlar üçün bu, çox gec ola bilər.

Amma burası da var ki, indi tualetlərin özü əyləncəyə çevrilib. Bir çoxları sadəcə marağa görə bu tualetlərdən istifadə edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində