Azərbaycandan Rusiyaya ixrac edilmiş ət geri qaytarılacaq

21 Mart 2017 10:42

Azərbaycandan Rusiyaya ixrac edilmiş 3,8 ton ət geri qaytarılacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nəzarəti İdarəsinin Moskva, Moskva ətrafı və Tula üzrə müfəttişləri əti Rusiyaya ixrac edən şirkətin Azərbaycanda attestasiyada keçmədiyini və ixracla bağlı xüsusi icazəyə malik olmadığını bildiriblər.
 
Ət ixrac edən firmaya geri qaytarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində