"Qəbələ" klubu Novruz bayramı münasibəti maraqlı videoçarx hazırlayıb.
Milli.Az sport24.az-a istinadən xəbər verir ki, komandanın keçmiş Yuqoslaviyadan olan legionerləri - serbiyalı Daniel Subotiçlə xorvatiyalı Filip Ozobiç komanda yoldaşları ilə yumurta döyüşdürüblər.
"Qırmızı-qaralar" bütün Azərbaycan xalqını və Novruzu qeyd edən hər kəsi bayram münasibətilə təbrik edib, hər kəsə bahar enerjisi, cansağlığı və səadət arzulayıb.
Milli.Az