"Bəs sonra şəhəri kimə verəcəklər?" - Bəşər Əsəd

21 Mart 2017 09:07

"Dəməşq, istər Rəqqa, istərsə də başqa bir şəhərdə Suriya hakimiyyəti ilə razılaşdırılmayan istənilən əməliyyatı ölkə ərazisinə müdaxilə hesab edəcək".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu rusiyalı jurnalistlərə Suriya prezidenti Bəşər Əsəd deyib.
"Suriyada hökumət ilə razılaşdırılmayan istənilən hərbi əməliyyat qanunsuzdur və artıq qeyd etdiyim kimi, hərbçilərin Suriya ərazisində istənilən mövcudluğu müdaxilədir, söhbət istər Rəqqanın azad olunmasından getsin, istərsə də başqa bir yaşayış məntəqəsinin", - deyə Əsəd aprelin əvvəlində Rəqqanın terrorçulardan təmizlənməsinə başlanacağı ilə bağlı yayılan məlumatları şərh edib.
"Birincisi, biz hamımız bilirik ki, koalisiya (ABŞ-ın rəhbərlik etdiyi - red.) heç vaxt İŞİD və ya terrorçulara qarşı ciddi müqavimət göstərmək niyyətində olmayıb. Odur ki, biz müttəfiqlərin real niyyətinin nə olduğu barədə düşünməliyik. Rəqqanı azad etmək? Amma kimdən? İŞİD-dən? Bəs sonra şəhəri kimə verəcəklər? Onların planı nə terrorçularla döyüşmək, nə Suriya hökumətinə kömək etmək, nə də Suriyanın suverenliyi uğrunda müharibə etmək deyil, nəsə başqa bir şeydir", - deyə prezident bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində