Ukrayna və NATO Qara dənizdə birgə hərbi təlimlər keçirir

20 Mart 2017 23:39

Qara dənizdə  NATO üzvü olan 4 ölkə ilə Ukrayna birgə hərbi təlimlərə başlayıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təlimlərə Ukrayna Hərbi Dəniz Qüvvələrinin "Qeniçesk" tral gəmisi və NATO-nun mina əleyhinə daimi gəmilər qrupu cəlb edilib.

Martın 17-də Polşa, İspaniya, Almaniya və Türkiyə hərbi gəmiləri təlimlərdə iştirak etmək üçün Odessaya gəliblər.

Qeyd edək ki, martın 20-də Rusiya Qara Dənizdə və Krımda irimiqyaslı hərbi təlimlərə başladığını elan edib.

Milli.Az