Balıqçı qayığı gəmi ilə toqquşub, itkin düşənlər var

20 Mart 2017 22:31

Barselona yaxınlığında balıqçı qayığı Rusiyaya məxsus ticarət gəmisi ilə toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində qayıq batıb, iki nəfər itkin düşüb, daha iki nəfər xilas edilib.

İnsidentin səbəbləri barədə məlumat verilmir.
 
Hazırda xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.

Milli.Az