Evləri aldadılaraq əllərindən alınan ahıl ər-arvad qocalar evinə sığındı - VİDEO

20 Mart 2017 22:44

Qocalar evinin yeganə ər-arvad cütlüyü bizi sevinclə qarşılayır. Qonşu otaqlarda qalanlarla bir araya gəlib bayram qeyd edirlər.

Bikəxanım bibi və Hafis dayının bura gəlmə səbəbi belədir. Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, evlərini firildaqçılar ələ keçirdiyi üçün çöllərdə qalıblar. İki övladları xaricdə yaşadığından valideynlərini öz yanlarına aparmaq istəyiblər. Amma onlar razilaşmayıb.

O vaxtdan müharibə və əmək əlilləri üçün pansionata yerləşən bu cütlük ömürlərinə şad xürrəm davam edir.

Bayram günündə pansianatın yaşlı sakinləri məhz onların evinə toplaşmşdı. Bu gün onların arasında olmaq bizə də xoş idi. Qonşular bu cütlüyün evinə toplaşmağa davam edirdi. Biz də ziyarətimizi tamamlayıb qocalar evindən ayrılırıq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Evləri aldadılaraq əllərindən alınan ahıl ər-arvad qocalar evinə sığındı