Bakıda avtobus qəzası: ölən və yaralananlar var

20 Mart 2017 17:51

Bakı-Ələt yolunda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Milli.Az xəbər verir ki, "Sədərək" ticarət mərkəzinin yaxınlığında baş verən qəza zamanı sərnişin avtobusu ilə "Mercedes" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var.

Əraziyə təcili tibbi yardım və polis cəlb olunub.

Ceyhun Ələkbərov
Milli.Az