Brexitin başlama tarixi bəlli oldu

20 Mart 2017 17:41

"Avropa komissiyası Böyük Britaniyanın Aİ-dən çıxmaq barədə danışıqlara başlamağa hazırdır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa Komissiyasının mətbuat katibi Marqaritis Sxinas deyib. Onun sözlərinə görə, danışıqlar martın 29-u başlayacaq.

"Biz danışıqlara başlamağa hazırıq. Biz danışıqların başlamasına dair məktubu gözləyirik və bilirik ki, o, martın 29-da təqdim olunacaq", - M. Sxinas deyib.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Aİ-dən çıxma prosedurunun başlamasını martın 29-də elan edəcəyi barədə öncə məlumat verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində