"Manchester United" Premyer Liqanın ən böyük klubudur"

20 Mart 2017 16:24

"Manchester United"in sabiq futbolçusu Andrey Kançelskis "qırmızı şeytanlar"ın Premyer Liqada 600-cü qələbəsindən danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, rusiyalı veteran yarımmüdafiəçi bunları deyib:

"600 qələbə fantastik rekorddur. Bu nəticə Aleks Ferqyusson başda olmaqla məşqçilər heyətinin yaxşı işinin nəticəsidir. Ser Aleks 15 il ingilis futbolunda hegemonluq edən komandanın təməlini qoymuşdu. Oyunçuların ağıllı seçimi də müsbət nəticə verir. "Manchester United" Premyer Liqanın ən böyük klubudur. Onlar 20 dəfə ölkə çempionu olub, 3 dəfə Çempionlar Liqasını qazanıb".

Qeyd edək ki, Premyer Liqada "United"dən sonra ən çox qələbə qazanan klublar "Arsenal" (517) və "Chelsea"dir (508).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində