Lukaşenko: "Ermənistandan uçan təyyarədə radioaktiv maddə aşkarlanıb"

20 Mart 2017 15:24

Belarus üzərindən keçməklə Ermənistandan Avropa ölkələrinin birinə uçan təyyarənin göyərtəsində radioaktiv maddə aşkarlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün "Qərb-2017" Rusiya-Belarus hərbi təliminin təşkili məsələlərinə həsr olunmuş toplantıda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
 
A. Lukaşenko hadisənin təfərrüatı barədə əlavə məlumat verməyib. 

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində