Rusiyalı Tailandda vizasız 4,5 il yaşayıb

20 Mart 2017 15:12

Rusiya vətəndaşı Aleksandr Danilov Tailandda 4 il 7 ay 15 gün vizasız yaşayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Tailandın miqrasiya polisi idarəsinin rəisi mətbuat konfransında məlumat verib.

Qeyd olunur ki, uzun illər Tailandın kurort əraziləri olan Pxuket adası və Patayya şəhərində "mafiozi" kimi yaşayan A. Danilov viza rejimini pozduğuna görə artıq həbs edilib. Onun Tailanddan deportasiya olunacağı və adının uzun müddət Tailanda girişi qadağan olunan şəxslərin "qara siyahısına" salınacağı bildirilir.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində