Dünyada nefti bu şirkət ucuzlaşdırır

20 Mart 2017 14:22

ABŞ-ın Baker Hughes şirkətinin ABŞ-da neft buruqlarının sayının artmasını açıqlamasından sonra dünyada neftin qiyməti ucuzlaşır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Brent" markalı neftin qiyməti 0,60%  azalıb və bir barel neftin qiyməti 51,45 dollara, WTI markalı neftin qiyməti isə 0,75%  azalaraq 48,94 dollara düşüb.
 
"Baker Hughes" şirkətinin məlumatına əsasən martın 17-nə ABŞ-da neft buruqlarının sayı 21 ədəd, yaxud 2,27% artaraq 631 ədədə çatıb. Qaz buruqları isə 6 ədəd, yaxud 3,97% artaraq 157 ədədə çatıb.
 
ABŞ-da "qaya nefti"nin istehsalının belə sürətli artması gözlənilməz sayılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində