Meksikada polislərlə cinayətkarlar arasında atışma: 8 ölü

20 Mart 2017 09:00

Meksikanın Verakrus ştatının Koşkiui şəhərində polislərlə cinayətkərlar arasında atışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, atışma nəticəsində 5-i polis olmaqla 8 nəfər həlak olub.

Hakimiyyət orqanlarının məlumatına görə, cinayətkarlar polislərə hücum edib, hüquq mühafizə orqanları əməkdaşlarının maşınları yandırılıb.

Milli.Az