Aralıq dənizində 3 mindən artıq miqrant xilas edilib

20 Mart 2017 07:44

Aralıq dənizi ilə Avropaya keçmək istəyən 3 mindən artıq miqrant xilas edilib.

Trend-in "Live Sicilia"ya istinadən verdiyi məlumata görə, onların xilas edilməsi üçün İtaliyanın sahil mühafizəsinin uştirakı ilə 22 xilasedici əməliyyat keçirilib.

Qeyd edək ki, 2016-cı il ərzində Aralıq dənizi ilə rekord sayda 181 min miqrant İtaliyaya keçib.

Milli.Az