Beyrutu etiraz aksiyaları bürüdü

19 Mart 2017 18:25

Beyrutu etiraz aksiyaları bürüyüb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, etiraza səbəb ölkədə hökumətin yeni vergilər tətbiq etmək planları olub.

Yüzlərlə nümayişçi paytaxt küçə və meydanlarına çıxaraq hökuməti bu addımdan çəkinməyə səsləyən şüarlar səsləndirib.

Etiraz aksiyasında iştirak edənlər və ölkə əhalisinin əksəriyyəti bu fikirdədir ki, yeni tətbiq ediləcək vergilər az təminatlı təbəqənin yaşayışını daha çox ağırlaşdıracaq.

Milli.Az