Məşhur model sevgilisini öldürtmək üçün qatil tutub - Ulduzların cinayətləri

19 Mart 2017 17:44

Sənət adamlarının yaradıcılığı qədər özəl həyatı, yaşadıqları da sevənlərinə maraqlıdır. Təəssüf ki, milyonların sevimliləri hər zaman xoş xəbərlərlə tamaşaçıların qarşısına çıxmır. Bəzən məşhur sənətçilər yaşadıqları qalmaqallar, ailə problemləri, törətdikləri cinayətlərlə gündəmi zəbt edirlər.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Türkiyə mətbuatı məhbus həyatı yaşayan məşhurların siyahısını hazırlayıb.

Siyahıda ilk yeri Sərdar Ortac tutub. O, 1999-ci ildə əsgərlikdən yayınmaq üçün saxta sənədlər hazırladıb. Buna görə də 2 ilə yaxın həbs həyatı yaşayıb.

1999-cu ildə həbs olunanlar siyahısında məşhur aparıcı Ebru Şallı da var. O, narkotik maddə istifadə etdiyi üçün 15 günlük məhbus olub.

Həbsdən çıxdıqdan sonra verdiyi açıqlamada məşhur xanım həbsxananı belə xatırlayıb: "Düşündüyümdən fərqli idi. 8-ci kamerada qaldım. Pisin yaxşısı idi. Amma insan nə yemək yeyə bilir, nə yata bilir. İçəridəkilər günahsız insanı gözündən anlayıb daha içdən davranırlar. Vegetarian olduğum üçün mənə normal yeməklər etdilər. Filmlərdəki qədər pis deyildi. Hilton otel də deyildi təbii ki...".

"Türkiyənin divası" adlandırılan Bülent Ersoy 1980-ci ildə hərbi çevriliş dövründə evinə gələn hakimi təhqir etdiyi üçün 11 ay 20 gün həbsə məhkum edilmişdi. Lakin cəzası 45 gün sonra təxirə salınıb.

Bülent Ersoy daha sonra Quş adasında tətildəykən bir jurnalistə hücum edərək fotoaparatını qırdığı üçün həbs edilərək Söke həbsxanasına göndərilib. Orada o, 2 ay həbs həyatı yaşayıb.

Məşhur model Tuğba Özayın həbsə girmə səbəbi isə sevgilisi Akın Büyükoğlunu vurması üçün bir sui-qəsdçi ilə anlaşmasıdır.

1993-cü ildə gənc qıza təcavüz etdiyi iddiası ilə Doğuşa 2 il həbs cəzası verilsə də, o, cəmi 4 ay məhbus olub.

1987-ci ildə polislə yaşadığı mübahisə sonrası həbs olunan İbrahim Tatlısəs 16 gün həbsdə qalıb.

Müğənni Gökhan Özən sevgilisinə söz atan bərbəri qaçıraraq döydüyü üçün 2 ay həbs cəzası alıb.

Yaxın zamanda isə müğənni Dəniz Səkinin həbs olunmasına şahid olduq. O, 2009-cu ildə İstanbul 9-cu Ağır Cəza Məhkəməsinin qərarıyla, "narkotikdən istifadə və satmaq" maddəsi ilə 6 il, 3 ay müddətinə həbs olunub. 7 ay həbsxanada qalan ifaçı 2009-cu ilin oktyabrında azadlığa buraxılıb. 2014-cü ilin may ayında İstanbul 12-ci Ağır Cəza Məhkəməsi "narkotik satışı ilə məşğul olma" cinayəti ilə mühakimə edilən ifaçını həbs olunmasına qərar verib. Ona 6 il 3 ay həbs cəzası verilib. Həbs qərarını eşidən müğənni gizlənib. O, 6 aydan sonra İstanbul Esenyurtdakı gizləndiyi evində aşkarlanıb və tutulub. Müğənni bu ilin iyun ayında azadlığa çıxacaq.

Milli.Az