Bakıda “Agromall Yaşıl market” yarmarkası açıldı - FOTO

19 Mart 2017 14:53

Bakıda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə "Agromall Yaşıl market" yarmarkası açılıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Yarmarka Nəsimi rayonunun üçüncü mikrorayonunda, Seyid Cəfər Pişəvəri küçəsində yerləşir.

Nazirin sözlərinə görə, yarmarkaya fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulu istehsalçılar dəvət olunur: "Sahibkarlar və istehsalçılar yarmarkada ödənişsiz iştirak edir. Bunun hesabına onlar məhsulları istehsalat qiymətinə sata bilər".

O qeyd edib ki, bu cür yarmarkalar mərhələli şəkildə açılmaqda davam edəcək.

Milli.Az