Azərbaycanlı gimnast Dünya Kubokunda qadınlar arasında bürünc medal qazandı

19 Mart 2017 14:29

Azərbaycanlı gimnast Marina Nekrasova Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlərdə bürünc medal qazanıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, Bakıda Milli Gimnastika arenasında idman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı növlər üzrə final yarışlarının ikinci günü başlayıb.

Bu gün kişilər arasında dayaqla tullanmada, gimnastika atı üzərində və turnik üzərində hərəkətlərdə, qadınlar arasında isə tir üzərində və sərbəst hərəkətlərdə final keçirilir.

Azərbaycanı bu gün qadınlar arasında tir üzərində və sərbəst hərəkətlərdə Marina Nekrasova, təmsil edir.

Bu gün ümumilikdə 10 dəst medal uğrunda mübarizə aparılır.

Milli.Az