Qazaxda heroin satan Biləsuvar sakinləri tutuldular

19 Mart 2017 12:42

Qazaxda heroin satan Biləsuvar sakinləri tutulublar.

Milli.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləsuvar rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Fəyaz Məmmədov Rövşən Vəliyev Qazax rayonu ərazisində 210,392 qram heroini 10.000 manata satarkən tutulublar.

Milli.Az