Vaşinqtonda HƏYƏCAN: Ağ Evə bombalı avtomobillə yaxınlaşdığını dedi

19 Mart 2017 11:05

Vaşinqtonda Ağ Ev yaxınlığında avtomobilində bomba olduğunu bildirən şəxs saxlanılıb.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bir kişi Ağ Evdə nəzarət-keçid məntəqəsinə yaxınlaşıb və avtomobilində bomba olduğunu bildirib.

Hələ ki, avtomobildə bomba olub-olmadığı təsdiqini tapmayıb. Olaydan sonra təhlükəsizlik tədbirləri gücləndirilib, yaxın küçələr nəqliyyatın hərəkəti üçün bağlanıb. Avtomobildə mütəxəssislər axtarış aparırlar.

Milli.Az