Misir prezidenti ilk dəfə ABŞ-a gedəcək

19 Mart 2017 10:58

Misir prezidenti Əbdül Fəttah əs-Sisi aprelin birinci həftəsində ABŞ-a səfər edəcək.

Milli.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu, Misir prezidentinin ABŞ-a ilk səfəri olacaq.

Səfərin ABŞ prezidenti Donald Trampın dəvəti ilə baş tutacağı bildirilir.

Milli.Az