Ekvadorda daşqınlar nəticəsində ölənlərin sayı 15-ə çatdı

19 Mart 2017 09:05

Ekvadorda 15 nəfər aramsız yağan leysan yağışların qurbanı olub.

Milli.Az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ekvador prezidenti Rafael Korrea məlumat verib.

Onun sözlərinə görə, güclü yağışlar nəticəsində 6 min ailəyə ziyan dəyib, 123 ev dağılıb.

Təbii fəlakətin təsirinə ən çox Manabi, Quayas, Napo, El-Oro və Los-Rios bölgələri məruz qalıb.

Milli.Az