Əfsanəvi rok-n-rol ifaçısı vəfat etdi

19 Mart 2017 09:00

ABŞ-ın əfsanəvi rok-n-rol ifaçısı Çak Beri martın 18-də 90 yaşında vəfat edib.

Milli.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, "Johnny B. Goode", "Roll Over Beethoven", "Sweet Little Sixteen" kimi unudulmaz əsərlərin müəllifi olan Çak Beri Missuridəki evində dünyasını dəyişib.

Əfsanəvi gitara ifaçısı bir sıra musiqi nəsillərinin yararlandığı böyük irs qoyub gedib. O, 1950, 60 və 70-ci illərdə məşhur olan "Sweet Little Sixteen", "School Days", "My Ding a Ling" kimi hitlərin müəllifidir.

Milli.Az