Vaşinqton ətrafında ev partlayıb

18 Mart 2017 23:59

ABŞ paytaxtı Vaşinqtonun ətrafında güclü partlayış nəticəsində fərdi ev tamamilə dağılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, polis hazırda uçmuş evin yeganə sakinini axtarır, onun partlayış zamanı evdə olub-olmaması məlum deyil.  
 
Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.  
 
Məlumata görə, insidentin baş verdiyi gün evin hərracda satışa çıxarılması planlaşdırıbmış.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində