Tramp: “Almaniyanın NATO və ABŞ-a böyük borcu var"

18 Mart 2017 23:18

Təhlükəsizliyinin təmin olunmasına görə Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkellə  görüşündən bir gün sonra ABŞ prezidenti Donald Tramp bəyan edib.  
"Güclü və çox baha başa gələn müdafiəsinin təmin edilməsinə görə Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb", - deyə Tramp "Tvitter" hesabında yazıb.   
 
"Saxta məlumatlara baxmayaraq, Merkellə görüş əla keçib", - deyə Tramp qeyd edib.   

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində