Banka balta ilə girdi

18 Mart 2017 22:36

Estoniyanın paytaxtı Tallində bir nəfər bank kontoruna balta ilə daxil olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bir kişi Tallinin mərkəzində yerləşən və istirahət günü olduğu üçün bağlı olan SEB Bankının baş kontoruna şüşəni balta ilə sındıraraq daxil olub, oradakı terminalı və bir neçə kompüteri sındırıb.

Hadisə yerinə gələn polis əməkdaşları 1963-cü il təvəllüdlü təcavüzkarı saxlayıblar.

Onun hansı səbəbdən belə addım atdığı hələ bilinmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində