Azərbaycan Dövlət Radiosunun sabiq müxbiri vəfat edib

18 Mart 2017 20:42

Lənkəranda qocaman jurnalist Səlim Ağayev dünyasını dəyişib.

Milli.Az "Report"a istinadən bildirir ki, mərhum bu gün yaşadığı Lənkəran şəhərində 81 yaşında vəfat edib.
S.Ağayev uzun müddət Azərbaycan Dövlət Radiosunun bölgə müxbiri, "Leninçi" (indiki "Lənkəran") rayon qəzetinin əməkdaşı, Lənkəran radio verilişləri redaksiyasının məsul redaktoru vəzifələrində çalışıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində