Bu ilin ən bahalı maşını satıldı - FOTO

18 Mart 2017 19:31

ABŞ-da keçirilən RM Sotheby's hərracında 1937-ci ildə istehsal olunmuş Bugatti Type 57S  vintaj avtomobili rekord qiymətə satılıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, maşını 7,7 milyon dollara alıblar.

Avtomobilin ilkin satış qiyməti 8,5 milyon dollar idi. Fəqət, hərrac iştirakçıları arasında maşını bu qiymətə alan olmadığından təşkilatçılar qiyməti 7,7 milyon dollaradək aşağı salıblar.

Beləliklə, Bugatti Type 57S bu il satılmış ən bahalı avtomobil olub. Əvvəlki rekord 7,37 milyon dollaar satılmış unikal Jaguar E-Type-a məxsusdu.

Raritet Bugatti Type 57S-i alanın adı açıqlanmır. 170 at güclümühərrikə malik bu avtomobilin maksimal sürəti  193 km/saatdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində