Lamiyyə Ələkbərqızı: "Şikayət edəcəm"

18 Mart 2017 15:05

Aparıcı Lamiyyə Ələkbərqızı müğənni Nuri Sərinləndiricinin "Gözəl xanım" mahnısından danışıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı "Həyat tərzi" verilişində bildirib ki, bəstəni bir çox ifaçılar oğurlayıblar:

"Bu mahnı xalq mahnısına çevrilib. İfaçılardan kimisi fonoqram yazdırdı, kimisi aranjiman etdirib oxudu. Kimə zəng edirəm boynuna almır. Deyir ki, özüm tapmışam. Bunu el şənliklərində ifa edirlər. Edin, amma vurğulayın ki, Nuri Sərinləndiricinindir. Ruslan Səfəroğlu bəstələyib, sözlərini Vüqar Əbdülov yazıb. Bir xanım çıxdı dedi ki, mənimdir. Başqa bəstəkar öz adına çıxdı. Mahnı yazılıb, müəllif hüquqlarından qeydiyyatdan keçib. Buna görə mən onları şikayət edə bilərəm".
 
N.Sərinləndirici bütün mahnılarını müəllif hüquqlarından qeydiyyatdan keçirdiyini söyləyib:

"Bülənt Sertaç da icazə aldı və oxudu. Bu zaman müəlliflərdən də icazə aldım. Əslində pul verib almışam, heç müəllifə deməzdim. Mahnının sözlərini başqası yazmışdı, mən dəyişdirdim. "Gözəl xanımdır" hissəsini Emin yazıb, qalan sözləri Vüqara aiddir. Hansısa bəstəkar çıxıb deyib, mən yazmışam. Mənə aid olan mahnıların hamısını qeydiyyatdan keçirirəm. Youtube-a yerləşdirirlər, öz adlarına çıxırlar. Xəbərsiz oxuyub, toyda görüntüsünü çəkib internetə yerləşdirmək düz deyil".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində