"Arsenal" türk futbolçu ilə maraqlanır

18 Mart 2017 13:08

İngiltərənin "Arsenal" klubu Almaniyanın "Stuttgart" klubunun türk futbolçusu Berkay Özcanı transfer etmək niyyətindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İngiltərə mətbuatı "topçular"ın bir müddətdir Özcanı izlədiyini bildirib.

19 yaşlı gənc futbolçu göstərdiyi oyunla bir çox klubun diqqət mərkəzindədir.

Futbolçunun meneceri "Arsenal"ın futbolçu ilə maraqlanan klublar arasında olduğunu təsdiqləyib.

Qeyd edək ki, Özcanın "Stuttgart" ilə 2019-cu ilə qədər müqaviləsi var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində