“PlayStation 3”ün istehsalı dayanır

18 Mart 2017 23:05

Yaponiyanın "Sony" şirkəti "PlayStation 3" oyun konsolunun istehsalını dayandırır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 11 ildən sonra yapon şirkəti özünün oyun konsolu ilə vidalaşır. Oyunun istehsalı martda yekunlaşacaq.
 
"Sony" oyunun rəsmi səhifəsini də yeniləyib. Səhifədə yaxın vaxtlarda oyunun buraxılışının dayandırılacağı diqqətə çatdırılıb. Söhbət hələlik Yaponiyadan gedir və Qərb bazarına dair məlumat yoxdur.
 
Qeyd edək ki, "PlayStation 3" Yaponiyada 2006-cı ilin noyabrında satışa çıxarılıb. 2015-ci ilin aprelin 3-nə olan vəziyyətə görə, satılan "PlayStation 3" oyun konsollarının sayı 87 milyon ədəd təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində