Kredit götürmək hansı hallarda günah deyil?

18 Mart 2017 22:25

Kredit götürmək bütün hallarda haramdır. Səbr və dua ilə Uca Allahdan kömək və xeyirli ruzi istəmək lazımdır.
"Rəsulullah (salləllahu aleyhi və səlləm) ribanı (faiz) yeyənə, yedirdənə (burada faiz alan və verən nəzərdə tutulur), (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: "Onlar bərabərdirlər", - dedi. (Muslim).
Milli.Az zikr.az-a istinadən bildirir ki, Uca Allah buyurur: "Sələm (faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar... Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!" (əl-Bəqərə, 275-276).
Həmçinin Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "(sahibini) həlak edən yeddi günahdan çəkinin...", və onların şirk, sehr etmək, cana qəsdetmək (onu öldürmək), yetimin malını haqsız olaraq yemək, Riba (faiz) yemək, döyüş meydanından qaçmaq və günahsız mömin qadınları zinakarlıqda ittiham etmək - olduğunu bildirmişdir". (əl-Buxari və Muslim).
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində