Nəcəf diyarı öz adını nədən götürüb?

18 Mart 2017 20:50

İbni Nəim İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: "Nəcəf həmin dağdır ki, Nuhun (ə) oğlu demişdi: "(Oğlu) dedi:"Tezliklə məni sudan qoruyacaq bir dağa sığınacağam". ("Hud" 43).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Yer üzündə bu dağdan daha ucası yox idi. Allah Təala bu dağa xitab edir: "Ey dağ! Məndən sənə pənah aparmaq olarmı?". Bu zaman dağ parça-parça oldu və Şam diyarına tərəf töküldü. Kiçik daşlara çevrildi. Ondan sonra böyük bir dənizə çevrildi və adı Ney oldu. Sonra qurudu və ona Ney Cəff dedilər. Ondan sonra insanlar bu diyara Nəcəf deməyə başladılar. Çünki bu cür adlandırmaq daha asan idi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində