Ailə qurmağı asanlaşdırmaq üçün dua və əməllər

18 Mart 2017 23:40

Evlənmək  - Həzrət Peyğəmbərin (s) buyurduğu gözəl sünnətlərdəndir ki, hər bir insanın fitri ehtiyaclarını təmin edir. İnsan fitri olaraq qarşı cisnə ehtiyac duyur və ailə rabitəsi vasitəsilə ülfət və məhəbbət hisslərini gücləndirir, sağlam cəmiyyətin təməlini qoyur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allah Təala bəndələrinin ruzisindən tutmuş, bütün ehtiyaclarına qədər hər bir şeyi müəyyənləşdirmişdir. Çünki Allah, Öz bəndələrinə aşiqdir. Ona görə də biz insanlar da gərək Allahın bu sevgisinə layiq olmağa çalışaq və Onun diqqətini cəlb edən gözəl əməllər yerinə yetirək. Evlilik elə gözəl əməllərdəndir ki, insana kamala çatmaq yolunda yardım edər, yoxsulluğu, ictimai fəsadı aradan aparar.
Evlənmək baxımından bəxtin açılmasının mənəvi yolları ilə tanış olaq:
1. Məsum İmamlara (ə) təvəssül etmək, xüsusilə də İmam Cavada (ə). Ayətullah Behcət Cəfər Təyyar namazını da tövsiyə edir.
2. Əmirəl-möminin (ə) buyurur: "Hər kim evlənmək qəsdi edər, iki rükət namaz qılsın və hər rükətdə "Həmd"dən sonra "Yasin" surəsini oxusun. Namaz bitəndən sonra Allaha həmd etsin".
3. Bu iki duanı çoxlu oxumaq: namazın qnutunda, hər namazdan sonra, səcdədə.
a) اللهم اغننی بحلالک عن حرامک و بطاعتک عن معصیتک؛
b) ربِّ انّی لِما أنزلتَ الیّ مِن خیرٍ فقیرٌ
 
4. "Rum" surəsinin 21-ci ayəsini davamlı olaraq oxumaq.
5. Nadi-Əli duası.
6. İmam Sadiq (ə) buyurur: "Nə zaman evlənmək istəsəniz, əvvəl iki rükət namaz qılın, Allaha həmd edib, deyin:
"اللهم أنی اُرید أن
أتزوّج، اللهم فاقدر لی مِن النساء اعفهن فرجا، و احفظهن لی فی نفسها و
فی مالی، و اوسعهن رزقا و اعظمهن برکه، و اقدر لی منها ولدا طیبا تجعله
خلفا صالحا فی حیاتی و بعد موتی"
 
Ayətullah Xorasani tövsiyə edir: "Sübh namazı kimi ikirükətli namaz qılmaq və sonra Həzrət Zəhranın (s.ə) təsbihini etmək. Başını səcdəyə qoyub, 14 dəfə salavat demək. Ondan sonra 100 dəfə demək:
""اللهم خِرلِی و اختَرلِی"
 
Sonra 14 dəfə salavat demək. Bu namazı sonrakı günlərdə də təkrar etmək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində