Saçların yağlanmasına qarşı nə etmək olar?

18 Mart 2017 22:40

Çay: Şampundan sonra saçlar bir çay qarışığı ilə yuyula bilər. Çay, piylənməni azaldaraq möhkəmləndirici olaraq funksiya görən turşu ehtiva edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bunun üçün bir stəkan su ilə çay yarpaqlarını qaynadın. İlıq olduğunda, çay suyunu baş dərisi və saçların üzərinə çəkin və bir müddət saxlayın. Su və şampun ilə yuyun.

Nanə: Nanə yarpağı eyni zamanda saçların yağlanmasını aradan qaldırmaq üçün istifadə edilən bir bitkidir. Bir ovuc nanə yarpağını iki stəkan suda 15 yaxud 20 dəqiqə qaynadın. Bu qarışığı şampuna əlavə edin və saçınıza çəkin. Nanə saçdan artıq yağları uzaqlaşdıran möhkəmləndirici xüsusiyyətlərə malikdir.
Karbonat: Karbonat saçların yağlılığını azaltmağa köməkçi ola bilər. Bir litr suya iki və ya üç qaşıq karbonat tozu əlavə edin. Saça tətbiq edin və 20 dəqiqə gözlədin, sonra yüngül bir şampunla yuyun.
Pomidor suyu: Pomidor suyu, antioksidant baxımından zəngindir və həm tətbiqi, həm də istehlakı dəri və saç üçün faydalıdır. Baş dərisinə tətbiq olunduqda, pomidor suyu məsamələri sıxlaşdırır və yağ miqdarını azaldır. Bir pomidor suyunu sıxaraq baş dərisinə tətbiq edin. On beş dəqiqə saxlayın və sonra saçları həmişəki kimi yuyun.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində