10-cu mərtəbəyə düşdü, ayağa qalxıb yenə tullandı - Dəhşətli intihar - VİDEO

18 Mart 2017 09:54

Türkiyədə intihar hadisəsi qeydə alınıb.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, Qaziantepdə psixoloji problemləri olduğu iddia edilən 16 yaşlı Mürşide Şıltu qonaq getdiyi nənəsigilin binasının 11-ci mərtəbəsindən özünü atıb.

Əvvəlcə 10-cu mərtəbəyə düşən qız ayağa qalxaraq yenidən yerə tullanıb.

Qızı qan içində yerdə görənlər onu həkimə aparıblar. Ciddi bədən xəsarəti alan yeniyetmə həyatını itirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

16 yaşlı qızın dəhşətli intiharı:10-cu mərtəbəyə düşdü, ayağa qalxıb yenə tullandı