BMT TŞ Əfqanıstandakı missiyanı bir ilə kimi uzadıb

18 Mart 2017 08:53

BTM Təhlükəsizlik Şürası Əfqanıstana yardım üzrə Birləşmiş Millətlər Təşkilatının missiyasının müddətini növbəti ilin 18 martına kimi uzadıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, BMT TŞ mərkəzi asiya ölkəsində silahlı münaqişə qurbanlarının sayının artmasından narahatlıq bildirib.

Müvafiq qətnamə cümə günü yekdilliklə qəbul edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində