Hamilə aktrisa gizlicə ərə getdi - FOTO

17 Mart 2017 20:46

Aktrisa Amanda Seyfred gizlicə ərə gedib.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, hamilə aktrisa doğulacaq körpəsinin atası Tomas Sadoski ilə ailə qurub.

Bu barədə aktyor özü qonaq olduğu verilişdə deyib:

"Biz ötən həftə evləndik. Heç kimin bundan xəbəri yoxdur. Xarici ölkələrdən birinə getdik. Orada bir mən idim, bir Amanda, bir də molla. Əla gün oldu".
Qeyd edək ki, 31 yaşlı Seyfred hamiləliyinin son aylarındadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində