Gəncədə dəhşətli qəza: Ölən və yaralananların kimliyi bilindi - YENİLƏNİB - FOTO

17 Mart 2017 17:18

17:18

Gəncənin Nizami prospektində ağır yol qəzası baş verib.

Milli.Az ARB Kəpəz-ə istinadla xəbər verir ki, Şəmkir sakini, 24 yaşlı Kənan Veyislinin idarə etdiyi "Kia" və Gəncə sakini, 34 yaşlı Lətif Heydərovun sükanı arxasında olduğu "VAZ 2109" markalı avtomobillər toqquşub.

Hadisə zamanı "VAZ"-ın sərnişini - Samux sakini 29 yaşlı Tural Sadıqov dünyasını dəyişib. Onun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb. Xəsarət alan sürücülər isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, Lətif Heydərovun vəziyyəti ağırdır.

--------

16:49

Gəncədə "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Xəsarət alanlar var.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi Prospektində, köhnə Şəmkir avtovağzalın yaxınlığında baş verib. Beləki yüksək sürrətlə hərəkətdə olan "VAZ -21099" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı səkiyə çırpılıb, daha sonra isə aşıb.

Qəza nəticəsində sürücü və sərnişini müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib. Digər yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində