Albaniya prezidenti "Qarabağ"ın futbolçusu ilə görüşdü - FOTO

17 Mart 2017 16:06

Albaniya prezidenti Buyar Nişaninin V Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya gəldiyi haqda məlumat vermişdik. 

Prezident bu gün "Qarabağ"ın albaniyalı sol cinah müdafiəçisi Ansi Aqolli ilə görüşüb. 

Milli.Az klubun rəsmi Facebook səhifəsinə  istinadən xəbər verir ki, daha sonra Buyar Nişani Aqolli ilə Azərbaycan Dillər Universitetini ziyarət edib.

Qeyd edək ki, "Qarabağ"ın şərəfini qoruyan Ansi Aqolli eyni zamanda Alabniya millisinin də üzvüdür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində